Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ailə dəyərlərimizi qoruyaq”  adlı söhbət keçirilib

14.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 14.05.2022-ci il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə "Ailə dəyərlərimizi qoruyaq"  adlı söhbət keçirdi.Söhbəti kitabxanaçı Vüsalə Mustafayeva aparırdı.Kitabxanaçı bildirdi ki,BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.Kitabxanaçı ailə günü münasibətilə iştirakçıları təbrik etdi,ailələrə səadət arzuladı.O,qeyd etdi ku,hal-hazırda Azərbaycanda 2 milyon ailə var,hər il orta hesabla 80 mindən çox nigah qurulur.Kitabxananın ailə abonomentinin fəal oxucusu dil-ədəbiyyat müəllimi Svetlana Bağırova çıxış edərək diqqətə çatdırdı ki,Heydər Əliyev Fondunun prezidenti UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan ailəsinin dəyərlərini uğurla təmsil edir.Söhbət əsnasında tədbirin əhəmiyyətini qeyd edən kitabxanaçı bildirdi ki,Beynəlxalq Ailə Gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi,ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi , sağlam həyat tərzinin təbliğidir.Tədbirdə kitabxananın ailə abonomentinin fəal oxucuları iştirak edirdi.

 

192.4 KB